25 Eylül 2011 Pazar

Beynəlxalq Biyabırçılıq

“Fövqəlnazir” London Olimpiadasında 2 qızıl medal üçün Beynəlxalq Həvəskar Boks Assosiasiyası ilə gizli sövdələşməyə gedib...
Bu gün bu məlumat tək "Azadlıq" qəzetinin deyil,bütün dünya mətbuatının gündəmində idi.Məsələn səhər xəbərlərində Türkiyənin "NtvSpor" kanalı Azərbaycanın Beynəlxalq Boks Fedarasiyasına 10 milyon ABŞ dolları rüşvət verdiyini açıqladı.Ardınca isə dünyaca məhşur xəbər kanalı "Euronews" bu məlumatı doğruladı.Hər iki kanal da məlumatı "BBC" kanalının yaydığını dedi.
Düzünü desəm mən bu xəbəri eşitdiyim anda xəbərin doğru olduğuna inandım.Ancaq həmin dəqiqə ağlıma bir sual gəldi.Görəsən on milyon dollarla başqa nə iş görmək olardı?
Variant 1:On milyon dollarla ölədəki yoxsul təbəqəyə (-ki,bu təbəqə əhalinin çox böyük hissəsini əhatə edir) ciddi yardım edilə bilərdi.
Variant 2:Vətənin Bayrağını öz həyatından üstün tutan,Bayrağımızı təhqir etdiyi üçün bir ermənini öldürdüyünə görə Macarıstanda ömürlük həbsə məhkum olunan Ramil Səfərovu ölkəyə gətirmək olardı.
Variant 3:Yüz minə yaxın ananın,üç yüz minə yaxın uşağın aclıqdan ölümlə burun-buruna qaldığı Somaliyə azacıqda olsa ərzaq yardımı etmək olardı.
Amma göründüyü kimi "Bizimkilər" on milyon dolları 2 dəmir parçasına verməyi bütün bunlardan üstün tutublar.

Hiç yorum yok: