26 Ocak 2012 Perşembe

Yalan Deyenin Atasina Lenet

Deməli belə ... Bütün türk ölkələrində olduğu kimi Azərbaycanda da , Fransa parlamentinin aşağı palatasında qəbul edilən “erməni soyqırımı”nı inkara görə cəza qanunu Senatda da müzakirəyə çıxarılaraq qəbul etdiyi gündən bu yana hər gün Fransa səfirliklərinin qarşısında Türkiyəyə dəstək aksiyalrı keçirilir.Bu gün bizdə Ictimai Palata gəncləri olaraq bu rejimdən fərqli olaraq Turkiyəyə dəstəyimizi bildirmək üçün Fransa səfirliyi qarşısına yürüş elan etmişdik.Amma "Malakan" bağından yürüşə başlayarkən polislər qarşımızı kəsərək səfirlik önünə qədər yürüş etməyimizə mane oldu , ən azindan mane olmağa çalışdı.Səbəbini isə açıqlıya bilmədi.Aşağıdakı videonun 4 cü dəqiqəsinin 40 ıncı saniyəsindən başlıyaraq açıq aşkar görə bilərsiniz.
Əslində biz səbəbini çox açıq bilirdik.Qorxu...Yürüşümüzə mane olmaqla hakimiyyət gənclərdən necə qorxduğunu bir daha sübüt etdi..
Nəysə sözüm onda deyil...Sözüm başqa bir polis kapitanının yüzlərlə gəncin qarşısında öz atasına necə lənət yağdırdıgındadır.Bəli bu doğurdan belədir.İndi həmin dioloqu sizin diqqətinizə çatdırlram.
AXCP GK nin sədri Ebüləfəz Qurbanlı : Niyə YAP - a , (G)İreliye səfirliyin qarşısında aksiya keçirməyə icazə verirsiz bizə icazə vermirsiniz ? 
Polis kapitani : Ayə  vallah səfirliyin qarşında heç kəs aksiya keçirmiyib."YALAN DEYINİN ATASINA LƏNƏT"





Hiç yorum yok: