27 Temmuz 2011 Çarşamba

Azərbaycan Türmədir!

Bu gun Cabbar Savalanlı barəsində verilmiş 2 il 6 aylıq həbsin dəyişdirilməsi və ya Cabbarın "AZAD"-lığa buraxılması uşün verilən apelasiyya şikayətinin sonuncu məhkəməsi idi.

"Hal Şahidi" yenə də gəlməmişdi.Deyilənə göre "Xəstə" olduğu üçün Şamaxıdaydı.

Məhkəmədə mənim ən çox diqqətimi cəlb eləyən hadisə hakimlərin və dövlət ittihamçısının Cabbarın gözünə  baxa bilməməsiydi.Görəsən bu nədəndir?Nəyə gorə baxa bilmirdilər Cabbarin gözünə?Bu qədərmi qorxurlar bir gəncdən?Amma əslində ondan qorxmaq yox onunla fəxr ələmək lazimdir!Fəxr eləmək lazımdır ən azından ona gorə ki,Cabbar Azərbaycanın Azadlığı uğrunda ordadır,fəxr eləmək lazımdır ən azından ona gorə ki,orada olduğu halda onun gözünə baxmağa qorxan hakimlərdən və dövlət ittihamçısından fərqli olaraq bunları dəyəcək cəsarətə sahibdir Cabbar...  <<Mubarizə davam edir...Mubarizə mənim həyat tərzimdir...Məni bura sifarişlə salanlar bilmidirlər ki mən onsuzda həbsdədə azadam!Azərbaycan türmə kimi bir yerdir!...>>

Cabbar bizimde mubarizemiz davam edir...Biz Səninlə fəxr edirik!!!

Hiç yorum yok: