21 Nisan 2012 Cumartesi

Sahib Ol !


Əziz Həmvətənlim ! Bu gün (22 Aprel ) İctimai Palatanın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırdığı “Sahib Ol” adlı mitinq günüdür .Mənsə öz növbəmdə bu yazımda mitinqin əhəmiyyətindən , tələblərindən yazmaq istədim . Öncəliklə mitiniqin nə dərəcədə əhəmiyyətli olmasından danışaq . Mitinq nə üçün keçirilir ? Mitinq ona görə keçirilir ki , artıq bu iri buynuzlu məmurlardan başqa , yüksək vəzifəlilərdan başqa , nazirlər və onların ayı əti ilə qidalanan balalarından başqa sadə vətəndaşlar da bir şeylərə sahib olmaq istəyirlər ! Mitinqin keçirilməsi ona görə vacibdir ki , artıq bütün dünyada baş verən demokratik dəyişikliklərdən Azərbaycanda öz payını almalıdır ! Mitinqin keçirilməsi ona görə vacibdir ki ,artıq diktaturadan qurtulmağın vaxtıdır ! Mitinqin keçirilməsi ona görə vacibdir ki , artıq ölkədəki bütün narazı qüvvələrin birləşməyinin vaxtıdır !


Mitinqə niyə gəlməli ? Azad və firəvan həyata sahib olmaq üçün , sərvətinə sahib olmaq üçün , torpağına sahib olmaq üçün , əsgsərinə sahib olmaq üçün , azad mətbuata sahib olmaq üçün , rüşvətsiz təhsilə sahib olmaq üçün , demokratik seçkilərə sahib olmaq üçün , öz seçdiyin bələdiyyəyə, millət vəkilinə sahib olmaq üçün , azad sözə sahib olmaq üçün , toplaşma azadlığına sahib olmaq üçün , qısacası bütün haqqlarına , huquqlarına sahib olmaq üçün 22 aprel saat 16 : 00 da 20-ci yaşayış sahəsindəki meydanda olmalısan !  

Unutnma ! Öz gələcəyin öz əlindədir ! Gələcəyinə Sahib ol !

Hiç yorum yok: