19 Kasım 2013 Salı

Hitler Əliyev

Əlbəttə ki, Hitlerlə Əliyevi eyniləşdirmək kimi bir fikrim yoxdur. Hərçənd ki, ikisi də antidemokrat, diktator kimi qəbul edilən şəxsiyyətlərdir. Bu günlərdə  bu iki diktatorun oxşar tərəflərinin  daha doğrusunu desək, bu günlərdə  Əliyevin Hitlerə bənzər addımlar atmasının tez- tez şahidi oldum. Bu yazımda bu oxşarlıqları diqqətinizə çatdırmaq istəyirəm.
Bir neçə ay bundan öncə heç bir səbəb göstərilmədən   Azad Fikir Universitetinin bağlanmasının xəbərdarıq. Bu hadisədən  bir nəçə ay sonra isə “Qanun” nəşriyyat evinin fəaliyyətini qondarma səbəblərdən dayandırdılar. Bu iki hadisənin üzərindən çox vaxt keçməmiş, ölkənin tək azad media qurumu olan “Azadlıq” qəzetinə qarşı təzyiqlər inanılmaz dərəcədə artdı. Qəzetin bank hesabına həbs qoyuldu, müxtəlif oliqarxlar tərəfindən məhkəməyə verilən qəzet, məhkəmələrdə  fantastik məbləğlərlə cərimələndi. Qəzet bir neçə günlük olsa da, öz fəaliyyətini dayandırmalı oldu.
Daha sonra metrolarda qəzet və kitab satışına qadağa qoyuldu. Bu qadağaya da, heç bir səbəb göstərilmədi.

Bax bu addım idi Əliyevin Hitlerə özənərək atdığı addımlar. Hitler Almaniyada hakimiyyəti ələ keçirdikdən sonra onun ilk addımları, Əliyevin yuxarıda sadaladığım adıımlarından heç də fərqlənmirdi. Belə ki, o, bütün kitab və qəzetləri məhv edir, bütün siyasi partiyaları əzirdi. Hitler hakimiyyətinin hələ ikinci ayında kitabxanalarda və teatrlarda “təmizləmə” hərəkatı başlandı. Almanyanın Berlin, Munih,
Frankfurt kimi  şəhərlərinin meydanlarında böyük alovlar yandırılmağa başlandı. Təbəqə mübarizəsi və sosyalizimdən söz edən bütün kitablar başda olmaq üzərə, onminlərə ”zərərli” kitablar  yük maşınlarında gətirilərək bu alovlara atılırdı. Marx,  Zweig, Kafka, Thomas Mann, Hemingway, Jack London, Döblin kimi yazarların kitabları 1933-cü il, may ayının onunda göyə çatdırılmağa çalışılan alovun içərisində külə döndü. Çünki fikirlər təhlükəlidir. Ölkənin mediası və mədəniyyəti diktatorun nəzarəti altında olmalı idi.


Bu gün o kitabların yandırıldığı həmən yerdə, “bu gün kitabları yandıranlar, sabah insan yandırar” sözlərinin yazıldığı bir lövhə var.

Mənim isə Əliyevə mesajımız odur ki, nə sən Hitler deyilsən, nə də ki, bura Almaniya deyil, atam balası.

Hiç yorum yok: