28 Eylül 2012 Cuma

#ParlamentBuraxılsın.

#ParlamentBuraxılsın.

 Mənim fikrimcə bu günə qədər yazdıqlaqrımın və ya yazmaq istədiklərimin içində ən ciddisidir.
Çox güman ki, çoxlarınız yazının adından nə haqqında yazacağımı bilirsiniz. Elə düz bilirsiniz, Gülər Əhmədova və bizim həyasız hakimiyyətimizdən yazacam.
İki – üç gün bundan öncə Azərbaycanı qarışdıran videonu görəndə çox da təəccüblənmədim. Əminəm ki mənim kimi minlərlə insan təəccüblənməyib. Çünki mən və minlərlə insan bu parlamentin hansı yollarla qurulduğunu çox yaxşı bilirik. Bilməyənlərsə YAP – çı deputat,
 Respublika uşaq təşkilatınınsədri Gülər Əhmədova sayəsində hər kəs parlamentdəki 125 yerin hansı qiymətə satıldığını öyrəndi. Xalq əslində bu video sayəsində çox şey öyrəndi. Xalq öyrəndi ki, Azərbaycanda İlham Əliyevin xəbəri olmadan heç kəs rüşvət ala bilməz. Xalq öyrəndi ki, seçkilər zamanı heç kəsin səsinə ehtiyyac yoxdur. Gülər və onun kimi mandat alveri ilə məşğul olanlar artıq 125 yerin siyahısını ölkə başçısına öncədən göndərirlər. Xalq öyrəndi ki, siyasətdə nala - mıxa vurmaq olmaz. Xalq öyrəndi ki, Əli İnsanov, Fərhad Əliyev kimi insanlar məhz siyasi mativlər üzündən həbs edilib. Ancaq xalq onu da öyrəndi ki, pulu digər namizıdin pulundan çox olan varsa, onun  da çarəsi var. Məsələn Gülər Əhmədova kimi güclü "razboşiklər" hətta İlham Əliyevin siyahısından belə ad sildirə bilirlər.

Bu gün Azərbaycam hakimiyyəti zənn edir ki, Gülər Əhmədovanı həbs etməklə,  Biz Gülər Əhmədovanın dələduzluq hərəkətlərini ölkənin hakim partiyasına ləkə kimi qiymətləndiririk  deməklə və yaxud onu İnsult vurmuş kimi göstərməklə bu məsələdən yaxa qurtara biləcək? Xeyr belə olmayacaq.  İlham Əliyev də, Ramiz Müəllim də bu video ilə bağlı xalqa açıqlama verməlidir! Bu yolla qurulmuş parlament buraxılmalıdır! Bunun başqa çıxış yolu olmamalıdır! Parlamentdəki 125 dələduzun hamısı istefa etməli, və xalqın səsi ilə parlament qurulmalıdır! #ParlamentBuraxılsın.

Hiç yorum yok: