7 Aralık 2014 Pazar

Prezidentin gözü və 5- ci kolon

İnsanlar özlərinin insan yerinə qoyulmadığını anlayanda gözlərinə heç nə görsənmir. Onlar idarə etmək də demək olar ki, mümkünsüz olur. Əsl idarəetmənin necə olduğunu bilmədikləri  üçün idarə olunmaq istəmirlər. Bu zaman isə onları nə verilən vəədlər, nə gələcəkdə olacaqlar nə də başqa bir şey sakitləşdirə bilər. Çünki artıq insanlar bezmiş olurlar. Bezmiş insanlar isə hətta ölümə belə meydan oxuyurlar. Ölümə meydan oxuyan insanların qarşısını ölümlə nə ala, nə də saylarını azalda bilərsən.

 Yuxarıda yaratmaq istədiyim mənzərəyə nümunə olaraq “Ərəb Baharı”nı, Quba, İsmayıllı hadisələrini göstərə bilərik.

 Bu gün ölkəmizin vətəndaşları, Azərbaycanın gerçək sahibləri getdikcə yuxarıda təsəvvür etməyə çalıştığım “insanlar” olmağa yaxınlaşır. Çünki insanlar hər gün təhqir olunur. Təhqir olunmaq təkcə bir başa söyüş eşitmək demək deyil. Bu gün ölkənin ən işıqlı insanları bir- bir həbsə atılır. Azadlıqda qalanlar isə iki qurupa ayrılır.

Birinci qurupa gələcək il keçiriləcək parlament seçkilərində nə yolla olursa olsun mandat almaq arzusunda olanlar daxildir. Azərbaycanda parlamentə demokratik yolla girmək mümkün olmadığı üçün bütün ləyaqət sərhədlərini aşıb vətəndaş cəmiyyətlərini, onların rəhbərlərini və ən əsası birbaşa Əli Kərimlini təhqir etməli, onlara söyməlisən. Yalnız bundan sonra sənin parlamentə girmək şansın olur. Bundan sonra prezidentin gözündən düşməmək üçün yenə bütün sərhədləri aşaraq  hakimiyyətin qarşısında olan hər kəsə böhtanlar atmalısan.

 İkinci qrupda olanları isə hər an həbs təhlükəsi gözləyir. Çünki onlar onurğalı insanlardır. Onlar dövlətin və xalqın gələcəyini öz mənafeylərindən üstün tutanlardır. Çünki onlar vətəni sevənlərdir. Çünki onlar “Milli Şurada” birləşib bütün narazı elektrotlarla bir araya gətirib sivil qaydada Azərbaycanı demokratikləşdirmək arzusundadırlar.

 Hakimiyyət isə yenə öz ampulasındadır. Bir tərəfdən həbs etməyə, digər tərəfdən vətən xaini çıxarmağa davam edir. Boz kardinal- Mehdiyev keçən günlərdə yuxarıda qeyd etdiyim ikincə qrupa daxil olanları “5-ci kolon” olaraq adlandırdı. Bəli, “5- ci kolonun” uşaqları v
ətənin əsl sahiblərini vətən xainliyində, dövlətçiliyə xəyanətlə ittiham edir. 

Mehdiyevin yazısında birbaşa olaraq AXCP və Azadlıq qazeti açıq hədəfdədir. Cənab akademik etiraf edir ki, prioritet məsələ AXCP- ni sıradan çıxarmaqdır.
AXCP fəaliyyətinin bütün dövrlərində haqqın və xalqın cəbhəsi olub. Azadlıq qazeti isə azad medianın yıxılmayan, satın alına bilməyən son qalasıdır. İndi elə bir məqam yaranıb ki, əlində milyardları və yüzlərlə media qurumu olan hakimiyyət sözün hər mənasında AXCP- yə məğlub durumdadır. Səbəb isə bəllidir- səmimiyyət, prinsipiallıq, davamlılıq, ideyaya sədaqət.

Sonda isə Rahim Hacıyevin bu sözlərini bir daha yadımıza salaq;
"Bəşəriyyətin tarixi həm də ideyaların mübarizəsi tarixidir.Müsbət ideyalar dünyanı daima irəli aparıb.İşıqlı ideallara sədaqət bizi xilas edə bilər".
Начало формы

19 Kasım 2013 Salı

Hitler Əliyev

Əlbəttə ki, Hitlerlə Əliyevi eyniləşdirmək kimi bir fikrim yoxdur. Hərçənd ki, ikisi də antidemokrat, diktator kimi qəbul edilən şəxsiyyətlərdir. Bu günlərdə  bu iki diktatorun oxşar tərəflərinin  daha doğrusunu desək, bu günlərdə  Əliyevin Hitlerə bənzər addımlar atmasının tez- tez şahidi oldum. Bu yazımda bu oxşarlıqları diqqətinizə çatdırmaq istəyirəm.
Bir neçə ay bundan öncə heç bir səbəb göstərilmədən   Azad Fikir Universitetinin bağlanmasının xəbərdarıq. Bu hadisədən  bir nəçə ay sonra isə “Qanun” nəşriyyat evinin fəaliyyətini qondarma səbəblərdən dayandırdılar. Bu iki hadisənin üzərindən çox vaxt keçməmiş, ölkənin tək azad media qurumu olan “Azadlıq” qəzetinə qarşı təzyiqlər inanılmaz dərəcədə artdı. Qəzetin bank hesabına həbs qoyuldu, müxtəlif oliqarxlar tərəfindən məhkəməyə verilən qəzet, məhkəmələrdə  fantastik məbləğlərlə cərimələndi. Qəzet bir neçə günlük olsa da, öz fəaliyyətini dayandırmalı oldu.
Daha sonra metrolarda qəzet və kitab satışına qadağa qoyuldu. Bu qadağaya da, heç bir səbəb göstərilmədi.

Bax bu addım idi Əliyevin Hitlerə özənərək atdığı addımlar. Hitler Almaniyada hakimiyyəti ələ keçirdikdən sonra onun ilk addımları, Əliyevin yuxarıda sadaladığım adıımlarından heç də fərqlənmirdi. Belə ki, o, bütün kitab və qəzetləri məhv edir, bütün siyasi partiyaları əzirdi. Hitler hakimiyyətinin hələ ikinci ayında kitabxanalarda və teatrlarda “təmizləmə” hərəkatı başlandı. Almanyanın Berlin, Munih,
Frankfurt kimi  şəhərlərinin meydanlarında böyük alovlar yandırılmağa başlandı. Təbəqə mübarizəsi və sosyalizimdən söz edən bütün kitablar başda olmaq üzərə, onminlərə ”zərərli” kitablar  yük maşınlarında gətirilərək bu alovlara atılırdı. Marx,  Zweig, Kafka, Thomas Mann, Hemingway, Jack London, Döblin kimi yazarların kitabları 1933-cü il, may ayının onunda göyə çatdırılmağa çalışılan alovun içərisində külə döndü. Çünki fikirlər təhlükəlidir. Ölkənin mediası və mədəniyyəti diktatorun nəzarəti altında olmalı idi.


Bu gün o kitabların yandırıldığı həmən yerdə, “bu gün kitabları yandıranlar, sabah insan yandırar” sözlərinin yazıldığı bir lövhə var.

Mənim isə Əliyevə mesajımız odur ki, nə sən Hitler deyilsən, nə də ki, bura Almaniya deyil, atam balası.

16 Kasım 2013 Cumartesi

"Azadlıq" dayanmadı.

Heç kim təsəvvür etməsin ki, bir qəzet yalnız onun oxucuları və onu dərc edənlər üçün əhəmiyyətlidir. “Azadlıq”ın nümunəsi  göstərir ki, bir qəzet bütün cəmiyyətin perspektivlərini müəyyən edə biləcək qədər güclü də ola bilir.
 Bu gün AXCP- nın qərərgahında “Azadlıq” üçün ianə marafonu təşkil edilmişdi. Ümidlər böyük idi. "Azadlıq" dayanmamalı idi, çünki, ölkədə nə zaman harada bir əzilən varıydısa “Azadlıq” onun yanında idi. "Azadlıq" dayanmamalı idi, ona görə ki,
 hər kəs bilirdi ki, “Azadlıq” dayansa azad söz standartları 1970-80- ci illərin standartlarına düşəcək. Söz azadlığının bu qədər məhdudlaşması isə ictimai təşkilatlanmanı sıfıra endirəcək qədər təhlükəlidir.
Ancaq "Azadlıq" dayanmadı. Azərbaycan xalqı öz böyüklüyünü yenə də göstərdi. Şəhid ailələri, siyasi ictimai fəallar, gənclər təşkilatları "Azadlıq"ın dayanmaması üçün yenidən birləşdi.  “Azadlıq”a dəstək marafonu yüksək səviyyədə keçdi. Borcun böyük bir hissəsi ödənildi.  “Azadlıq” qəzeti sabahdan yenidən satışda olacaq.
İndi isə sıra “Azadlıq”ı yaşatmaqdadı. Çoxlu sayda abunələr tapmaq gərəkdir. Yalnız bu şəkildə qəzetin satışına yaradılan barikadaları aşa bilərik. 

9 Kasım 2013 Cumartesi

"Qapazlatı" media və "Azadlıq" qazeti.

Tağı Əhmədovun jurnalistlərlə necə rəftar etdiyini hər birimiz gözəl bilirik.Onun jurnalistlərin ünvanına yönəltdiyi söyüşlərin dəfələrlə şahidi olmuşuq. Ancaq bu tamam başqa məsələdir. Videoya diqqətlə baxın. Metropoliten Tağı ANS kanalının jurnalistinin əlindəki mikrofonu həmən jurnalistin başına çırpır. Buna qarşılıq jurnalist sadəcə susur və heç bir reaksiya vermir. Bu açıq-aydın onun göstərgəsidir ki, ANS və digər kanallar hakimiyyətin bütün məmurlarının qapazaltısıdır.


Məhz buna görə də, onlar “Azadlıq”qazetinə hücumları dayandırmırlar. Çünki “Azadlıq” ölkənin yeganə mətbuat orqanıdır ki, bu rejimin bütün iyrəncliklərini çəkinmədən xalqa çatdırır. İndi isə “Azadlıq”ımız təhlükə altındadır. Gəlin bu kriminal rejimin “Azadlıq”ımızı əlimizdən almasına biganə qalmayaq. Qazetə abunə  olaq, onun ayaqda qalması üçün ianələr toplayaq. Son 2 gün! Unutmayın, bu vicdan məsələsidir.Bu şərəfsizlərlə şərəflilərin savaşıdır. Bu savaşdan qalib ayrılaq!

5 Kasım 2013 Salı

Vicdan məsələsi.

Bu gün (05.11.13) saat 15- də Nidaçı gənclərin məhkəmə prossesləri start götürəcək. Əlbəttə ki, bu sistemdə məhkəmələrin nə dərəcədə ədalətli keçdiyini hər birimiz bilirik. Sabah hamılıqla Ağır Cinayətlərə Dair məhkəmənin qarşısında toplaşaraq, gənclərə onların yanlarında olduğumuzu göstərməliyik! Bu vicdan məsələsidir!