7 Aralık 2014 Pazar

Prezidentin gözü və 5- ci kolon

İnsanlar özlərinin insan yerinə qoyulmadığını anlayanda gözlərinə heç nə görsənmir. Onlar idarə etmək də demək olar ki, mümkünsüz olur. Əsl idarəetmənin necə olduğunu bilmədikləri  üçün idarə olunmaq istəmirlər. Bu zaman isə onları nə verilən vəədlər, nə gələcəkdə olacaqlar nə də başqa bir şey sakitləşdirə bilər. Çünki artıq insanlar bezmiş olurlar. Bezmiş insanlar isə hətta ölümə belə meydan oxuyurlar. Ölümə meydan oxuyan insanların qarşısını ölümlə nə ala, nə də saylarını azalda bilərsən.

 Yuxarıda yaratmaq istədiyim mənzərəyə nümunə olaraq “Ərəb Baharı”nı, Quba, İsmayıllı hadisələrini göstərə bilərik.

 Bu gün ölkəmizin vətəndaşları, Azərbaycanın gerçək sahibləri getdikcə yuxarıda təsəvvür etməyə çalıştığım “insanlar” olmağa yaxınlaşır. Çünki insanlar hər gün təhqir olunur. Təhqir olunmaq təkcə bir başa söyüş eşitmək demək deyil. Bu gün ölkənin ən işıqlı insanları bir- bir həbsə atılır. Azadlıqda qalanlar isə iki qurupa ayrılır.

Birinci qurupa gələcək il keçiriləcək parlament seçkilərində nə yolla olursa olsun mandat almaq arzusunda olanlar daxildir. Azərbaycanda parlamentə demokratik yolla girmək mümkün olmadığı üçün bütün ləyaqət sərhədlərini aşıb vətəndaş cəmiyyətlərini, onların rəhbərlərini və ən əsası birbaşa Əli Kərimlini təhqir etməli, onlara söyməlisən. Yalnız bundan sonra sənin parlamentə girmək şansın olur. Bundan sonra prezidentin gözündən düşməmək üçün yenə bütün sərhədləri aşaraq  hakimiyyətin qarşısında olan hər kəsə böhtanlar atmalısan.

 İkinci qrupda olanları isə hər an həbs təhlükəsi gözləyir. Çünki onlar onurğalı insanlardır. Onlar dövlətin və xalqın gələcəyini öz mənafeylərindən üstün tutanlardır. Çünki onlar vətəni sevənlərdir. Çünki onlar “Milli Şurada” birləşib bütün narazı elektrotlarla bir araya gətirib sivil qaydada Azərbaycanı demokratikləşdirmək arzusundadırlar.

 Hakimiyyət isə yenə öz ampulasındadır. Bir tərəfdən həbs etməyə, digər tərəfdən vətən xaini çıxarmağa davam edir. Boz kardinal- Mehdiyev keçən günlərdə yuxarıda qeyd etdiyim ikincə qrupa daxil olanları “5-ci kolon” olaraq adlandırdı. Bəli, “5- ci kolonun” uşaqları v
ətənin əsl sahiblərini vətən xainliyində, dövlətçiliyə xəyanətlə ittiham edir. 

Mehdiyevin yazısında birbaşa olaraq AXCP və Azadlıq qazeti açıq hədəfdədir. Cənab akademik etiraf edir ki, prioritet məsələ AXCP- ni sıradan çıxarmaqdır.
AXCP fəaliyyətinin bütün dövrlərində haqqın və xalqın cəbhəsi olub. Azadlıq qazeti isə azad medianın yıxılmayan, satın alına bilməyən son qalasıdır. İndi elə bir məqam yaranıb ki, əlində milyardları və yüzlərlə media qurumu olan hakimiyyət sözün hər mənasında AXCP- yə məğlub durumdadır. Səbəb isə bəllidir- səmimiyyət, prinsipiallıq, davamlılıq, ideyaya sədaqət.

Sonda isə Rahim Hacıyevin bu sözlərini bir daha yadımıza salaq;
"Bəşəriyyətin tarixi həm də ideyaların mübarizəsi tarixidir.Müsbət ideyalar dünyanı daima irəli aparıb.İşıqlı ideallara sədaqət bizi xilas edə bilər".
Начало формы

Hiç yorum yok: