16 Kasım 2013 Cumartesi

"Azadlıq" dayanmadı.

Heç kim təsəvvür etməsin ki, bir qəzet yalnız onun oxucuları və onu dərc edənlər üçün əhəmiyyətlidir. “Azadlıq”ın nümunəsi  göstərir ki, bir qəzet bütün cəmiyyətin perspektivlərini müəyyən edə biləcək qədər güclü də ola bilir.
 Bu gün AXCP- nın qərərgahında “Azadlıq” üçün ianə marafonu təşkil edilmişdi. Ümidlər böyük idi. "Azadlıq" dayanmamalı idi, çünki, ölkədə nə zaman harada bir əzilən varıydısa “Azadlıq” onun yanında idi. "Azadlıq" dayanmamalı idi, ona görə ki,
 hər kəs bilirdi ki, “Azadlıq” dayansa azad söz standartları 1970-80- ci illərin standartlarına düşəcək. Söz azadlığının bu qədər məhdudlaşması isə ictimai təşkilatlanmanı sıfıra endirəcək qədər təhlükəlidir.
Ancaq "Azadlıq" dayanmadı. Azərbaycan xalqı öz böyüklüyünü yenə də göstərdi. Şəhid ailələri, siyasi ictimai fəallar, gənclər təşkilatları "Azadlıq"ın dayanmaması üçün yenidən birləşdi.  “Azadlıq”a dəstək marafonu yüksək səviyyədə keçdi. Borcun böyük bir hissəsi ödənildi.  “Azadlıq” qəzeti sabahdan yenidən satışda olacaq.
İndi isə sıra “Azadlıq”ı yaşatmaqdadı. Çoxlu sayda abunələr tapmaq gərəkdir. Yalnız bu şəkildə qəzetin satışına yaradılan barikadaları aşa bilərik. 

Hiç yorum yok: