4 Kasım 2013 Pazartesi

Qanun üçün

Şübhəsiz ki, İlham Əliyevin yürütdüyü siyasətin, öz dilləri ilə desək “analoqsuz siyaasətin” təməlində Azərbaycan gəncliyinin savadsızlaşması, manqurtlaşması dayanır. Çünki, savadsız insan öz hüquqlarını bilməz, demolratiya nədir anlamaz, azadlıq nədir hiss etməz. Bəli, İlham Əliyevə məhz belə gənclik lazımdır. Bütün haqsızlıqlara göz yuman, azadlığları əllərindən alınan, gəncliklərini hansısa kafelərdə on iki on- dörd saatlıq iş rejimində işləyərək məhv edən, heç nəyə etiraz edəcək cəsarati olmayan gənclik.

Çox güman ki, bu günlərdə “Qanun” nəşriyyat evinə olan hücumdan xəbərdarsınız. Vergi yoxlaması adı altında “Qanunun” fəaliyyətini dayandırdılar. Şübhəsiz ki, “Qanunun”  bağlanmasına əsas səbəb vergi yoxlaması deyil, seçki ərəfəsində “Milli Şuranın” vahid namizədi, Cəmil bəyin bütün seçki materiallarının “Qanunda” çap olunmasıdır. Digər bir səbəb isə, Azərbaycan gəncliyinin savasızlaşmasına doğru atılan daha  bir addımdır.


Alınmayacaq, İlham Əliyev, alınmayacaq!



Hiç yorum yok: